Maarifpərvər Azərbaycan qadını dünyaya səsləndi - VİDEO
12.04.2016 12:34 Sosreaksiya 1048
Beynəlxalq Mətbuat Mərkəzində Maarifçi Qadınlar İctimai Birliyi son günlər cəbhənin təmas xəttində atəşkəsin intensiv olaraq pozulması ilə bağlı tədbir keçirib. Tədbirdə ölkəmizin ən sayılı ziyalı xanımları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Maarifçi Qadınlar İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova bildirib ki, bu gün cəmiyyətimizdə hər kəs, uşaqdan tutmuş böyüyə kimi müsəlləh əsgərdir və cənab Ali Baş Komandanın bircə əmrini gözləyir: “Bu gün gənclər arasında vətənpərvərlik hissi olduqca yüksəkdir. Hər kəs işğal altındakı ərazilərimizin bir an öncə işğaldan azad olunmasını səbrsizliklə gözləyir. Vətənimizin müdafiəsi yolunda qəhrəman və vətənpərvər şəxsiyyətlər yetişdirmək missiyası hər zaman qəhrəman və fədakar Azərbaycan qadınlarının çiyninə düşür. Bu gün Azərbaycan qadını həm ana, həm bacı, həm həyat yoldaşı, həm də dünyaya ölkəsinin haqq səsini çatdıran ictimai qüvvə olmalıdır. O, informasiya müharibəsində ən ön sıralarda dayanmalı, dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması üçün lazımi addımların atılması naminə səy göstərməlidir.”
Daha sonar çıxış edənlər Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibət bildirdilər. Səslənən təkliflər arasında cəbhə bölgəsinə səfərlərin təşkil edilməsi, qadınlar, gənc xanımlar arasında təbliğatın güecləndirilməsi, informasiya müharibəsi yönündə fəaliyyət göstərəcək yeni televoiziya kanalının qurulması kimi təkliflər də mövcud idi.
Sonda maarrifçi və intellektual Azərbaycan qadınları adından bütün dünyaya müraciət qəbul olunub.
Şərhlər