“Apple”dan söyüş eşitməyən qulaqcıq layihəsi
12.04.2016 14:45 Sosreaksiya 1256
Ötən il “Apple Music” layihəsi ilə xeyli uğur əldə edən “Apple” şirkəti bu dəfə daha qeyri-adi texnologiya üzərində işləyir.
Şirkət “söyüş eşitməyən” qulaqcığın patentini alıb. Yeni qulaqcıq istifadəçinin seçiminə əsasən mahnılardakı istənilməyən sözləri, əsasən də söyüşləri müəyyən edib siləcək. Qulaqcıq silinən sözlərin yerinə başqa kəlimələr əlavə etmək iqtidarına da sahib olacaq. Bu qulaqcıqdan audio formatındakı kitabları dinləyərkən də eyni məqsədlə istifadə etmək olacaq.
Deyilənə görə, şirkətin məqsədi, mahnıların uşaqlara və gənclərə mənfi təsir etməsindən şikayətlənən valideynlərin tələbini qarşılamaqdır.
Bir çox icadını patentləşdirsə də satışa çıxarmayan şirkətin bu qulaqcığı istehsal edib-etməyəcəyi açıqlanmayıb.
(Publika.az)
Şərhlər