Bakıda müəssisə rəhbərinin 450 min manatını mənimsəyiblər

12.04.2016 15:58     Sosreaksiya     738

Bakıda müəssisə rəhbərinin 450 min manatını mənimsəyiblər.

Bu barədə "Beyləqan-Taxıl" SC-nin sədri Süleyman İsmayılov polisə müraciətində bildirib.

Məlumata görə, Beyləqan rayon sakini, 1952-ci il təvəllüdlü Süleyman İsmayılov polisə müraciət edərək bildirib ki, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Nadir Əliyev onun etibarından sui-istifadə edərək, 450 min manat alıb. Lakin 5 ildən çox müddət keçməsinə baxmayaraq pulunu qaytarmayıb.

S.İsmayılovun müraciəti ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Süleyman İsmayılov "Beyləqan-Taxıl" SC-nin sədri, YAP-ın üzvüdür. Beyləqanda bələdiyyə üzvü olub.

 

(Musavat.com)

Şərhlər

Çox oxunanlar