Türkiyə 2 şəhid verdi

13.04.2016 00:19     Sosreaksiya     1244

PKK terrorçuları təhlükəsizlik qüvvələrini tələyə salıb.

Türkiyədə növbəti partlayış baş verib. ANS PRESS-in məlumatına görə,PKK terrorçularının Mardində evlərdən birinə tələ kimi quraşdırdığı bombanın partlaması nəticəsində 2 polis şəhid olub, 2 əsgər isə yaralanıb.

Hadisə Mardinin Nusaybin qəsəbəsində baş verib. Bu qəsəbədə 14 martdan etibarən küçəyə çıxmaq qadağası tətbiq edilir. Nusaybinin Fırat məhəlləsində evdə quraşdırılan bombanın partlaması nəticəsində 1 əsgər yaralanıb.

Bundan sonra yaralı əsgəri xilas etmək üçün yoldaşları evə daxil olub. Bu zaman daha bir bombanın partlaması nəticəsində 3 nəfər də yaralanıb. 4 nəfər yaralıdan 2-si dünyasını dəyişib, qalan iki əsgərin isə vəziyyətinin yaxşı olduğu bildirilir.

Aprelin 2-də Mardinin Nusaybin rayonunda davam edən antiterror əməliyyatı zamanı 6 hərbçi şəhid düşüb. Məlumata görə, PKK terror təşkilatı üzvləri tələ kimi hazırladıqları bombanı partladıblar. Nəticədə 6 nəfər ölüb ki, onlardan da biri polisdir.

Mardinin Nusaybin rayonu antiterror əməliyyatından sonra
Mardinin Nusaybin rayonu antiterror əməliyyatından sonra

 

Şərhlər

Çox oxunanlar