“Uğurlu Gələcək” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi aztəminatlı ailələrlə bağlı layihə həyata keçirib

13.04.2016 10:59     Sosreaksiya     781

“Uğurlu Gələcək” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihəni başa çatdırıb. “Yoluxucu xəstəliklərlə mübarizə mövzusunda aztəminatlı ailələrlə maarifləndirmə işinin təşkili” adlı layihə 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayına qədər davam edib. Məqsəd aztəminatlı ailələrə, o cümlədən əlillər, pensiyaçılar, qaçqınlar və məcburi köçkünlərə pulsuz tibbi maarifləndirmə xidməti göstərmək və onları yoluxucu xəstəliklərə qarşı mübarizə və onların profilaktikasına aid yazılı vasitələrlə təmin etməkdən ibarət olub. Layihənin icrası zamanı vətəndaşlar tibbi biliklərin artırılması, müxtəlif xəstəliklərə qarşı mübarizə və onların profilaktikasına aid ədəbiyyatlarla təmin ediliblər.

İctimai Birliyin rəhbəri Azər Quluzadənin Karabakh.Today - a vderdiyi məlumarta görə, layihə əsasında Bakı şəhərində, eyni zamanda Cəlilabad və Masallı şəhərlərinin hər birində bir dəfə olmaqla tibbi biliklərin artırılması ilə bağlı vətəndaşlarla görüşlər keçirilib. Görüşlərdə iştirakçılara yoluxucu xəstəliklər barədə məlumatlar verilmiş və onlarla mübarizə yolları göstərilmişdir. Eyni zamanda konkret xəstəliklər üzrə vətəndaşların hara müraciət etmələri tövsiyyə olunmuş və onlara xüsusi  hazırlanmış maarifləndirici broşurlar paylanmşdır. 

Şərhlər

Çox oxunanlar