Vəziyyəti pisləşən sənətçi - "Ölümlə üz-üzəyəm"

13.04.2016 11:56     Sosreaksiya     844

Vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılan Aşıq Azər Xanlaroğlu dünən Azərbaycana qayıdıb.

Reaksiya.info xəbər verir ki, səhhəti ilə bağlı Publika.az-a danışan aşıq türk həkimlərinin son qərarını da açıqlayıb: “Türkiyədə müayinə olundum. Bakıdan apardığım analizlərə baxmadılar, yeni analizlər götürdülər. Həkimlər bildirdilər ki, təcili mənə qara ciyər köçürülməlidir. Əks halda, həyatımı itirəcəm. Bu əməliyyat üçün donor və 100 min pul lazımdır, bu da məndə yoxdur. Bakıya qayıtmışam, çarə tapmalıyam. Yəqin ki, mənə kömək olunmasa, qara ciyərim dəyişdirilməsə, bu ölümlə nəticələnəcək. İndi də ölümlə üz-üzəyəm”.

Şərhlər

Çox oxunanlar