Daha bir marşrut ləğv olundu

14.04.2016 11:19     Sosreaksiya     923

63 saylı marşrut xəttinin fəaliyyəti bu gündən etibarən dayandırılıb.

Reaksiya.info Axar.az-a istinadən xəbər verir ki, bu xəttin bağlanmasına səbəb fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi olub.

Qeyd edək ki, bir müddət əvvəl 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Bu ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun 2 piyadanı vurması nəticəsində 1 piyada vəfat edib.

Bütün bunları nəzərə alan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) aprelin 1-də sözügedən marşurut xəttinin ləğv edilməsi barədə qərar qəbul edib. Lakin NİİM sərnişinlərin adaptasiyasını nəzərə alaraq həmin avtobusun birdən-birə xətdən yığışdırmayıb 63 saylı marşurutlar aprelin 13-dək fəaliyyət göstərib.

Şərhlər

Çox oxunanlar