20 yaşlı oğlan ata-anasının gözü önündə özünü güllələdi - DƏHŞƏTLİ OLAY

14.04.2016 11:41     Sosreaksiya     1205

Ağsu rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Rayonun Ərəbmehdibəyli kənd sakini, 1996-cı il təvəllüdlü Kərimli İsrail Elman oğlu özünü güllələyərək intihar edib.

Bildirilir ki, Əslən Laçın rayonunun Tingə qəsəbəsindən olan 20 yaşlı İ.Kərimli işsiz imiş. Daimi evlərinin olmaması, maddi çətinliklər və borc səbəbindən ciddi sıxıntı çəkən ailədə gərginlik artıb və dünən 20 yaşlı İ.Kərimli valideynləri ilə mübahisə etdikdən sonra ov tüfəngi ilə qarın nahiyəsindən atəş açıb. Hadisə vaxtı ata-anası ona mane olmağa çalışsa da, bunu bacarmayıblar. O da bildirilir ki, İ.Kərimli hərbi xidmətdən 3 ay əvvəl qayıdıbmış. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

(Lent.az)

Şərhlər

Çox oxunanlar