Azərbaycanda məktəbli başından güllələndi - TƏFƏRRÜAT

14.04.2016 13:20     Sosreaksiya     806

Tovuzda qətl törədilib.
Qalboyun kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, hadisə kəndin yaxınlığındakı örüş sahəsində qeydə alınıb.
 
10-cu sinif şagirdi, 17 yaşlı Məqsəd Əmiraslanov qohumu və sinif yoldaşı ilə heyvan otarmağa gedib.
 
Onlar heyvanlarını canavarlardan qorumaq üçün özləri ilə ov tüfəngi də götürüblər. Onlar zarafatlaşan zaman ov tüfəngi açılıb və Məqsəd Əmiraslanov başından xəsarət alıb.
 
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar