Rusiyadan Azərbaycana xəbərdarlıq

14.04.2016 19:09     Sosreaksiya     866

Aprelin 15-dən Rusiya Federasiyasının magistral yollarından istifadə edən Rusiya və eləcə də xarici ölkələrdə qeydiyyatdan keçən və maksimal çəkisi 12 tondan artıq olan nəqliyyat vasitələri federal əhəmiyyətli yollardan istifadə edərkən, həmin yollara vurduqları ziyana görə ödəniş etməli olacaqlar. Report xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Azərbaycandakı səfirliyi yayıb. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, müvafiq qərar Rusiyada artıq ötən ilin noyabr ayında qüvvəyə minib və dekabda DANX məsələ ilə bağlı geniş təkliflərini və hesabatını hazırlayaraq Nəqliyyat Nazirliyinə, o isə öz növbəsində Nazirlər Kabinetinə ünvanlayıb. "Əlavə olaraq bildirib ki, Azərbaycan Dövlət Avtomobil Nəqliyyat Xidməti və Rusiya Beynəlxalq Avtomobil Xidməti arasında "Beynəlxalq avtomobil əlaqələri haqqında" hökumətlərarası saziş mövcuddur. O sazişə görə, avtomobil nəqiyyat vasitələri sərnişin və yük daşımaları həyata keçirərkən, avtonəqliyyat vasitələrindən istifadə və sahiblik, habelə avtomobil yollarından istifadə etmək və saxlanılması ilə bağlı nəqliyyat vasitələrinin sahibləri yığımlardan və ödənişlərdən azad olunur. Lakin bu sənəddə yeganə istisna var. Belə ki, ancaq ödənişli avtomobil yolları, tunellər və körpülərdən istifadəyə görə yığım və ödənişlər istisna olunur. Sabah üçün də yayılan məlumat da məhz bunu nəzərdə tutur", - deyə Ş.Mehmanqızı qeyd edib.

Şərhlər

Çox oxunanlar