Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə valideynlərin cərimələnməsini nəzərdə tutan maddəni ləğv edib
15.04.2016 14:41 Sosreaksiya 776
Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməyəcək.
Reaksiya.info-nun "Report"-a istinadən xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi müzakirəyə çıxarılıb.
Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Şərhlər