10 min saxta manatı 3500 manata satarkən - saxlanıldı - FOTO

15.04.2016 17:41     Sosreaksiya     756

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta pul alveri ilə məşğul olan dəstə üzvlərini yaxalayıblar.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədli Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10 000 saxta manatı 3 500 manata satmaq istəyən zaman cinayət başında tutulublar. Saxlanılan şəxslərdən külli miqdarda saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvləri bildiriblər ki, saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10 min saxta manatı 3500 manata satarkən  -  Saxlanıldı+Foto
10 min saxta manatı 3500 manata satarkən  -  Saxlanıldı+Foto

 

Şərhlər

Çox oxunanlar