Məktəb direktorunun oğlunun məhkəməsinin vaxtı açıqlanıb
16.04.2016 17:16 Sosreaksiya 1084
Bakıda seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Aqşin Həsən oğlu Məmmədov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək iclas aprelin 18-nə təyin edilib.
Qeyd edək ki, A.Məmmədov yetkinlik yaşına çatmış şəxs olaraq sevgi münasibətlərində olduğu, uzaq qohumu, 16 yaşına çatmadığı ona məlum olan 1998-ci il təvəllüdlü Ə.N-nı (adı şərti olaraq göstərilib) idarə etdiyi "Mercedes Benz C220CDİ" markalı avtomobillə 14 dekabr 2013-cü il tarixdə "Araz" hazırlıq kursuna aparan zaman yolüstü Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyinə, kənar şəxslərin olmadığı əraziyə aparıb və avtomobildə bir-birilərini qarşılıqlı öpüb, sonra isə cinsi ehtirasının təmin edilməsi məqsədilə Ə.N-nin bədəninin digər nahiyələrinə toxunaraq sonuncu ilə seksual xarakterli başqa hərəkətlər edib.
Ə.N qorxduğu üçün həmin zaman heç kimə bu barədə məlumat verməyib. Hadisə zamanı onun döş nahiyəsində xəsarət əmələ gəlib və bununla əlaqədar axşam A.Məmmədovla aralarında SMS yazışması olub. Təqsirləndirilən şəxs A.Məmmədov ifadə verərək hadisəni etiraf edib, lakin qızla könüllü olaraq sevişdiklərini bildirib. O deyib ki, həmin vaxt Ə.N-ın 16 yaşının tamam olmadığını bilməyib.
A.Məmmədov Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub.
2015-ci il sentyabr ayının 10-da Səbail Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin zərərçəkmiş şəxs məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Ə.N-nin vəkili Vasif İsrafilov tərəfindən hazırlanan şikayətdə Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin hökmünü ləğv edib, A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyası həddində 2 ildən daha ağır cəza, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesin ilkin qərardan zərərçəkmiş şəxsin müdafiəçisi kassasiya şikayəti verib.
Vəkil prosesin məhkəmə istintaqı aparılmaqla keçirilməsini istəyib. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən şəxs isə məhkəmənin şikayət qaydasında aparılmasını tələb edib. Ali Məhkəmə məhkəmənin şikayət qaydasında aparılması barədə qərar çıxarıb. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, A.Məmmədov İsmayıllı rayonu, Gideyli kənd orta məktəbinin direktoru Həsən Məmmədovun oğludur.
Şərhlər