"Kor, şikəst, xəstə atları kəsib, mal əti adı ilə satırdıq" - VİDEO
16.04.2016 17:34 Sosreaksiya 1209
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Saatlı rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri, əvvəllər məhkum olunan Adıgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.
Reaksiya.info Region TV-yə istinadən xəbər verir ki, araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti isitifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanıb. Araşdırmalar davam etdirilir.
Şərhlər