Daha bir ölkədə güclü zəlzələ: onlarla ölü var
17.04.2016 14:11 Sosreaksiya 1428
Yeraltı təkanlardan sonra tsunami təhlükəsi barədə xəbərdarlıq edilib.
Ekvadorun şimal-qərb hissəsində rixter cədvəli ilə 7.8 bal gücündə baş verən zəlzələ nəticəsində ölən və yaralananların syı durmaadan artır. Ən son məlumatlara görə, ölənlərin sayı 77, yaralananların sayı isə 600-ə çatıb.
***07-45***
Ekvadorun şimal-qərb hissəsində rixter cədvəli ilə 7.8 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, təbii fəlakətin episentri Muisne şəhərində 20 kilometrt dərinlikdə qeydə alınıb.
Zəlzələ, eyni zamanda, paytaxt Kitoya da təsir edib. Yeraltı təkanlar binalara zərər vurub. Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzi tsunami təhlükəsi barədə xəbərdarlıq edib.
Son məlumatlara görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.
Seysmik zonada yerləşən Ekvadorda güclü zəlzələlər tez-tez baş verir. Məsələn 2014-cü ildə 5,1 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 5 nəfər ölüb, 18 nəfər yaralanmışdı.
Daha əvvəl Yaponiyada iki güclü zəlzələ olub. Birinci zəlzələ aprelin 14-də baş verib. Bu zəlzələ nəticəsində 3 nəfər ölüb, xeyli bina zədələnib.
İkinci güclü zəlzələ isə aprelin 15-də olub. 7,5 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb, 2000-ə yaxın insan isə xəsarət alıb. Dağıntılar altında xeyli insan qaldığına görə, ölənlərin sayının artacağı bildirilir.
Şərhlər