Yol polisindən evakuatorlarla bağlı etiraf - VİDEO

17.04.2016 17:01     Sosreaksiya     936

Vaqif Əsədov: "Evakuator sürücüləri də bütün hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər"

Bir neçə gün əvvəl Bakıda dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuatorun sürüyə-sürüyə aparması barədə xəbər vermişdik. Səhərisi gün məsələni araşdıran Baş Dövlət Yol Polisi İdarəsi həmin evakuator sürücüsünü qayda pozduğuna görə cərimələyib və işdən qovub. Baş vermiş hadisə evakuator sürücülərinin təhlükəsizlik məsələsi ilə yanaşı, həm də onların işə götürülməsini də aktuallaşdırdı. Yəni bu cür avtomobillərə sürücü qəbul edilərkən yol polisi nələrə diqqət edir?

Evakuator sürücülərinin təhlükəsizlik qaydasına əməl etməməsi ilə yanaşı, həm də yol hərəkəti qaydasını pozması da diqqətdən yayınmır. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, evakuator sürücüləri də bütün hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Başqa bir məsələ isə evakuator sürücülərinin işə qəbul edilərkən nələrə diqqət edilməsidir. Bölmə rəisinin sözlərinə görə, evakuator sürücüləri işə götürülərkən ilk olaraq yaşına və sürücülük təcrübəsinə baxılır. Bundan sonra həmin sürücülərə müəyyən təlimatlar verilir və sınaqdan daha yaxşı keçən şəxslər işə götrülür.

Avtosfer.az

Şərhlər

Çox oxunanlar