İnsan alverindən qorunma yolları müzakirə edilib - FOTOLAR
08.07.2015 16:33 Sosreaksiya 1869

“Təmiz Dünya” Qadınalra Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində İsmayillı rayonunda növbəti tədbirini keçirib.
Reaksiya.Az xəbər verir ki, tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib.
Tədbir İsmayıllı Tarix Diyarşunaslıq Muzeyində keçirilib. Axşam isə əhalinin ən cox toplaşdığı istirahət parkında acıq havada “Səs” qrupunun iştirakı ilə məlumatlandırma və konsert proqramı təşkil edilib. 200-ə yaxın insanın iştirak etdiyi tədbir İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub.
Şərhlər