Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər TQDK və DQMK fəaliyyətlərini davam etdirəcək

19.04.2016 13:31     Sosreaksiya     1049

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) fəaliyyətlərini davam etdirəcək. Bu barədə APA-ya TQDK-dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, mərkəz dövlət qeydiyyatına alınana qədər TQDK və DQMK fəaliyyətlərini davam etdirirlər və vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan bütün xidmətləri (elektron xidmətlər, test imtahanları, müsahibələr və s.) göstərəcəklər.

Qəbul imtahanları və dövlət qulluğuna qəbulla bağlı məlumatlar, müvafiq olaraq, TQDK-nın və DQMK-nın saytlarında təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınandan sonra bu xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq Mərkəz tərəfindən davam etdiriləcək və təşkilatın yeni saytı istifadəyə veriləcək. 

Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 11 aprel 2016-cı il 860 №-li fərmanı ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, şuranın digər üzvləri Kamil Aydazadə,  Ceyhun Bayramov, Niyazi Hacıyev, Fariz İsmayılzadə təyin ediliblər.

 

Şərhlər

Çox oxunanlar