Mikayıl Cabbarov: "Elə məktəblərimiz var ki, akademik göstəriciləri ümumi respublika göstəricilərindən aşağıdır"

19.04.2016 16:58     Sosreaksiya     845

Elə məktəblərimiz var ki, akademik göstəriciləri ümumi respublika göstəricilərindən aşağıdır. Bu layihənin əsas hədəfi də belə məktəblərdir. Bu layihə sayəsində həmin məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq əsas məqsədlərdən biridir.

Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" təhsil proqramının təqdimatında bildirib.

Nazirin sözlərinə görə, bu layihə imkan verir ki, hər kəs təhsilimizin inkişafı yolunda töhfə verə bilsin:

 "Amma bundan öncə biz məktəblərdə akademik göstəricilərin niyə aşağı olmasını araşdıracağıq. Səbəb nədir? 

Bu problemlər müəllimlərdə, şagirdlərdə, məktəblərin idarə edilməsində, ailələrdə, yoxsa, digər sosial faktorladadır? Əlbəttə ki, bunun səbəbini bir şəxsdə axtarmaq olmaz. 

Həm təhsil, həm də də təhsildənkənar faktorlar buna səbəb olur".

M. Cabbarov bildirib ki, bu layihə çərçivəsində həmin səbəblər araşdırılacaq və müsbət nəticələr əldə etmək üçün çalışılacaq:

 "Bizim şagirdlərin səmimi bir istəyi var. Onları öyrətməyimizi istəyirlər.

 Amma biz öyrədərək həm də öyrənmiş oluruq. İndiki zamanda öyrənməyi öyrətmək əsas məqsədlərdən biridir".

Şərhlər

Çox oxunanlar