Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən şəxsin meyiti tapılıb
20.04.2016 09:51 Sosreaksiya 811
Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Şərhlər