İnsan alveri ilə tədbirlər planı həyata keçiriləcək

21.04.2016 16:47     Sosreaksiya     800

“Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyi, Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu və Victory Organization  25 aprel - 25avqust 2016-ci il tarixlərində ölkədə İnsan alveri ilə mübarizə üzrə virtual hərkata start verir. Reaksiya.info xəbər verir ki, hərəkatın məqsədi, sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır.

Son illər beynəlaxaq cinayətkarlıq statistikasına nəzər yetirdikdə məhz insan alveri qurbanlarının virtual şəbəkələr vasitəsilə cəlb edilməsi tendensiyasını diqqəti cəlb edir. Gənclərimizin bu cür cinayətlərin qurbanına çevrilməsinin qarşısını  almaq məqsədilə virtual hərəkata start verilir. Hərəkatın digər missiyası gənclərin məlumatlandırılması, insan alveri cinayətinə cəlb etmə prosesinin qarşısının alınması, çətinlikdə olan gənclərə yardımları göstərilməsi kimi fəaliyyətlərdir.

Kampaniya boyu müxtəlif məzmunlu mesajlar və mətnlər hazırlanacaq, insan alveri cinayətinə cəlb edilmək ehtimalı olan gənclərin zəng vura biləcəyi telefon nömrələri yayılacaq.

Gənclər onları narahat edən digər məsələlərlə bağlı da zəng vurub məsləhət ala biləcəklər.

Şərhlər

Çox oxunanlar