Nizami rayonundakı yanğına görə sakinlər təxliyə olundu

22.04.2016 15:13     Sosreaksiya     1075

Bakıda yanğın faktı qeydə alınıb.

Reaksiya.info  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2,5 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2 kv.m sahədə yanıb.

Yanğın zamanı mənzillərdən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar