Azərbaycan FHN-in köməyə getdiyi Rusiya gəmisində ölən var

23.04.2016 13:12     Sosreaksiya     1397

Səhər saatlarında yanmağa başlayan "PALFLOT 2" gəmisində bir nəfər ölüb.

Xəzər dənizində yanan Rusiya gəmisində bir nəfər ölüb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ölən şəxs tankerin ekipaj üzvlərindən biridir. 

İlkin məlumata görə, o Qazaxıstan vətəndaşı olub. Ümumilikdə heyət üzvləri Rusiya və Qazaxıstan vətəndaşlarından ibarətdir. 

Göyərtədə ümumilikdə neçə nəfərin olması barədədə məlumatlar ziddiyətlidir. Belə ki, bəzi qurumlar onların 11, FHN isə 18 nəfərin olduğunu deyir. 

Saat 11:22

Xəzərdə Rusiya gəmisində yanğın baş verib. Fövqəladə HallarNazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə Azərbaycan FHN-in helikopterləri və gəmisi cəlb olunub. 

İlkin məlumata görə, sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib. 

Əlavə məlumat veriləcək.

ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, Rusiyaya məxsus tanker Türkmənistan sularında yanır. Gəmi Həştərxandan 800 km aralıdadır. 

Yanğın barədə məlumat səhər saat 09:40-da (Bakı vaxtı ilə 10:40) daxil olub. Rusiya gəmisi altında üzən gəmi boş olub. 

İlkin məlumata görə, zərərçəkən yoxdur. 18 nəfərlik heyət yaxınlıqdakı gəmi tərəfindən təxliyyə edilib. 

Tankerin hansı səbəbdən yanması isə hələlik bəlli deyil.

 

Şərhlər

Çox oxunanlar