Bakıda daha bir intihar - 27 yaşlı oğlan məktub yazaraq intihar etdi
23.04.2016 20:05 Sosreaksiya 1041
Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində intihar hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 27 yaşlı Uğur Məmmədov intihar edib.
O, Mərdəkan qəsəbəsi, dəniz sahili “Marina Beach” çimərliyində özünü dəmir borudan asıb.
U.Məmmədovun cibindən məktub tapılıb. Məktubda "Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdu, intiharı özüm qəsdən etdim" sözləri yazılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Şərhlər