“Azəriqaz”ın işçisi faciəli şəkildə öldü
25.04.2016 17:39 Sosreaksiya 800
Yevlax rayon sakini bədbəxt hadisənin qurbanı olub.
Rayon Prokurorluğundan Anspress-ə verilən məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı-şəhər sakini, 1971-ci il təvəllüdlü Ələddin Seyfəddin oğlu Hacıyev Cırdaxan kəndindəki elektrik yarımstansiyasının yaxınlığında təmir işləri aparakən ehtiyatsızlıqdan yarımstansiyanın qadağan edilmiş ərazisinə girib. Ərazidən keçən yüksək gərginlikli cərəyan onu vurub. 45 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun iki övladı var.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Şərhlər