Ad gününüz mübarək, Əflatun müəllim!

26.04.2016 14:48     Sosreaksiya     938

Aprelin 26-sı Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin 
Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəri Əflatun Amaşovun ad günüdür.

Əflatun Əhməd oğlu Amaşov 26 aprel 1957-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə sovet ordusunda əsgəri xidmət edib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 
1985-1994-cü ildə «AzərTAc» Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 
1995-ci ildə «Yeni Nəsil» Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 
1998-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 
2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 
2005 və 2008-ci ildə keçirilən qurultaylarda bu vəzifəyə təkrarən seçilib. 
Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir. 
Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin üzvüdür. 
Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 
2015-ci ildə V çağırış Azərbaycan Milli Məclisinə deputat seçilib. 
Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəridir.
Ailəlidir, bir övladı var.

Dəyərli ziyalımız, tanınmış jurnalist, Millət vəkili, çox hörmətli Əflatun müəllim! 
Sizi Reaksiya.info saytı adından ad gününüz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!..

Şərhlər

Çox oxunanlar