İtkin düşən Naxçıvan sakininin cəsədi Ermənistanda tapıldı
30.04.2016 14:58 Sosreaksiya 1106
Naxçıvan Muxtar Respublikasından gəldiyi İğdırda cinayətə qurban gedən evli və 3 uşaq atası, 45 yaşlı Asəf İmanovun cəsədi, Türkiyə-Azərbaycan-Ermənistan sərhədindən keçən Araz çayında tapılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Ermənistan tərəfindən görülən İmanovun cəsədi, Türkiyə rəsmilərinə təhvil verilib. Təxminən 2 ay sonra atasının cəsədini oğlu Qafur İmanov ayaqqabısından tanıyıb.
Avtomobili ilə Naxçıvan-İğdır arası sərnişin daşıyan Asəf İmanov martın 30-da İğdırda müəmmalı şəkildə ortadan itib. Türkiyədəki universitetlərdən birində ikinci kurs tələbəsi olan oğlu Qafur İmanov təhlükəsizlik kameralarına da düşən atasının tapılması üçün polisə müraciət edib.
Bu cinayətlə əlaqədar olaraq Naxçıvan şəhərində saxlanılan Ziyafət Əliyev İğdıra gətirilib və o, həmyerlisini öldürdüyünü boynuna alıb. Asəf İmanovu öldürən və Bayraktutan kəndindəki su kanalına atdığını söyləyən Əliyevin ifadəsi ilə polis əməkdaşları Araz çayına tökülən kanal boyunca axtarış aparıb. Türkiyə-Azərbaycan-Ermənistan sərhədindən keçən Araz çayıda qayıqla və çubuqlarla 4 gün aparılan axtarışlar nəticə verməyincə, işlər başa çatdırılıb.
Bir müddət sonra Araz çayının keçdiyi Ermənistan tərəfində bir kişi cəsədin tapılması barədə Türkiyə hüquq-mühafizə orqanlarına məlumat verilib. Türkiyə-Azərbaycan-Ermənistan sərhədində yerləşən təkcə bu cür görüşlər üçün açılan Əlican sərhəd qapısından giriş edən qubernatorun müavini Mövlud Özmənin rəhbərlik etdiyi nümayəndə heyəti keçirdiyi görüşlərin ardından çay suyunda saxlanılan cəsədi protokolla təslim alıb. Türkiyə tərəfinə gətirilən cəsəd sonradan ailəyə təhvil verilib və dəfn edilmək üçün Naxçıvana aparılıb.
Şərhlər