Ana körpəsi ilə birgə intihar etdi - VİDEO
01.05.2016 17:56 Sosreaksiya 1560
Qadın təcili yardım maşınında dünyasını dəyişib.
Rusiyanın paytaxtı Moskvada 8-ci mərtəbədən düşən 2 yaşlı uşaq sağ qalıb. ANS PRESS-in məlumatına görə 3 uşaq anası 2 yaşlı uşağı ilə birlikdə intihar etmək məqsədi ilə 8-ci mərtəbədən özünü atıb. Hadisə nəticəsində ana təcili yardım maşınında dünyasını dəyişsədə körpəni xilas etmək mümkün olub.
Hazırda baş verən hadisə ilə bağlı cinayət işi qaldırılıb. İntiharın baş vermə səbələri üzrə özünü öldürmə həddinə çatdırmaq maddəsi ilə araşdırma işləri aparılır.
Ötən ay analoji hadisə Rusiyanın Krasnodar əyalətində baş verib. Özünü 14-cü mərtəbədən ataraq intihar etmək isəyən yeniyetmə möcüzə nəticəsində sağ qalıb.
Krasnodar sakini 15 yaşlı İlya binadan tullanmamışdan öncə damarlarını kəsib. İddiaya görə, yeniyetmənin intihara cəhdinə səbəb valideynləri ilə arasında yaranmış narazılıq olub.
Oğlan bud sınığı və qapalı kəllə-beyin travması alıb. Həkimlər onu süni komaya salaraq ombasını hissə-hissə yığıblar. Ən əsası isə onun onurğa beyninə heç bir zərər dəyməyib. Krasnodar xəstəxanasından bildiriblər ki, onun vəziyyəti yaxşdır və tezliklə sağalacaq.
Şərhlər