Bakıda mənzildə 62 yaşlı qadın meyiti tapılıb

03.05.2016 17:01     Sosreaksiya     736

Paytaxtda mənzildə 62 yaşlı qadın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1954-cü il təvəllüdlü Rzayeva Solmaz Yavər qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Şərhlər

Çox oxunanlar