Tanınmış müğənninin oğlu qəzada öldü - FOTOLAR

04.05.2016 22:14     Sosreaksiya     1347

Gürcüstanda azərbaycanlı gəncin idarə etdiyi avtomobil aşıb.

Reaksiya.info APA-ya istinadən məlumatına görə, hadisə Tetriskaro (Ağbulaq) rayonu ərazisində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, "Volkswagen Passat" markalı avtomobilin sürücüsü, Marneuli rayonunun Daştəpə kənd sakini, 27 yaşlı Orxan Vəkil oğlu Əliyev içkili olub. Qəza nəticəsində sürücü və sərnişin, Tetriskaro rayonunun Dunik kənd sakini, 23 yaşlı Larisa Talıbovahadisə yerində ölüb.

Qeyd edək ki, O.Əliyev Borçalıda tanınan müğənni Vəkil Borçalının oğludur.

Şərhlər

Çox oxunanlar