“Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyi yeni layihəyə başladı
05.05.2016 12:13 Sosreaksiya 949
Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi 05 may 2016-ci ildən Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsinə başladı.
Karabakh Today xəbər verir ki, layihə isan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planının icrasında qeyri-hökumət təşkilatlarının iştirkı nəzərdə tutulan fəaliyyətlərin icrasına xidmət edir.
Layihə iki kompanenti özündə əks etdirəcək.
1.İnsan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması;
2. MFP-nin 13.9.3. “ insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamların, çarxların, qısametrajlı filmlərin çəkilməsi, verilişlərin hazırlanması” bəndini rəhbər tutaraq, layihə çərçivəsində 2 sosial carxın hazıranması nəzərdə tutulur.
Layihənin müddəti 6 ay ümumi məbləğ 12 .000 manatdır. Layihənin icra olduğu ərazi Bakı şəhəridir.
Şərhlər