Mənzildə qadın meyiti aşkarlandı

05.05.2016 14:03     Sosreaksiya     769

Mənzildə qadın meyiti aşkarlanıb.


AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1972-ci il təvəllüdlü Qafarova Məsmə Vaqif qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. 

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub. 

Əməliyyat saat 11:10-da başa çatıb.

Şərhlər

Çox oxunanlar