"Azərsu"nun "işçiləri" 18 yaşlı hamilə gəlinə iynə vurub, evi soydular - YENİLƏNİB - FOTOLAR
08.05.2016 20:22 Sosreaksiya 1649

Lənkəranda evə basqın edilib.
Anspress-in məlumatına görə, hadisə bu gün günorta saat 12 radələrində şəhərdə qeydə alınıb. Şəhərin Şah İsmayıl Xətai küçəsi, 54 ünvanında Zəminə Zeynalabdin qızı Qurbanovaya məxsus evə özünü "Azərsu" ASC-nin əməkdaşı kimi təqdim edən bir qadın yaxınlaşıb. Hadisə baş verən vaxt mənzildə evin gəlini - 1997-ci il təvəllüdlü Bakı şəhər sakiniÜlviyyə Eyvaz qızı Ağayeva olub.
O qapını açan kimi qadın Ülviyyəyə sudan istifadəyə görə borclarının olduğunu və ödəməli olduğunu bildirib. Daha sonra həmin qadın ona su verməsini xahiş edib. 18 yaşlı gəlin su gətirməyə gedən zaman arxadan onun boyun nayihəsinə küt alətlə zərbə endirib. Ülviyyə huşunu itirsə də, baş verənləri eşidib. O yerə yıxıldıqdan sonra evə daha iki oğlan da daxil olub və gəlinin damarına tərkibi bilinməyən iynə vurublar. Daha sonra isə evdə olan qızıl-zinət əşyaları oğurlanıb.
Maraqlı məqam isə aparılan qızıl-zinət əşyalarının sonradan həyətin hasarının yanından tapılmasıdır.
Damarına iynə vurulan Ülviyyə Ağayeva hamilədir. Vurulan iynə 18 yaşlı gəlinin vəziyyətini ağırlaşdırdığı üçün onu dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxandan qadının vəziyyətinin ağır olduğunu, onun uşağını itirmək təhlükəsi ilə üz-üzə olduğunu bildirdilər.
Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Əliağa Hüseynov hazırda fakta görə araşdırmalara başlanıldığnı, qadından götürülən qan nümunəsinin tərkibinin araşdırılması üçün laboratoriya müayinəsinə göndərildiyini bildirib.
16:28
Bu gün Lənkəranda evə basqın olub.
APA-nın məlumatına görə, hadisə saat 12 radələrində qeydə alınıb.
Biri qadın olmaqla, 3 naməlum şəxs şəhərin Vaqif Məmmədov küçəsi, 26 ünvanında yerləşən evə daxil olub. Həmin şəxslər evdə olan 1997-ci il təvəllüdlü Ülviyyə Eyvaz qızı Ağayevaya iynə vurublar və Ü.Ağayeva huşunu itirib. Daha sonra onlar evdəki qızıl-zinət əşyalarını aparıblar.
Ü.Ağayeva xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə gəlib, istintaq üçün zəruri olan barmaq izləri götürülüb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxslərin tapılması üçün tədbirlər görülür.
Şərhlər