Konyada IX Beynəlxalq Tələbələr Görüşü baş tutub - FOTOLAR
09.05.2016 02:17 Sosreaksiya 1651

Mayın 7-si ve 8-də Türkiyənin Konya şəhərində İki Doğu İki Batı dərnəyinin təşkilatçılığı ilə düzənlənən Beynəlxalq Tələbələr Görüşü proqramının 9-su baş tutub. 90 müxtəlif ölkənin tələbələrinin iştirak etdiyi proqramda Azərbaycanlı Tələbələr Topluluğu ölkəmizin tanıtımın həyata keçirib. İki gündə həm Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi haqqında gələn qonaqlara məlumat verilib.
İlk gün insanlar Azərbaycanın tarixi yerləri haqqında fotoromanlar vasitəsi ilə məlumat əldə ediblər. Və Azəraycan mətbəxindən müxtəlif yemək və şirniyyatlarla tanış olublar.
İkinci güngənclərimiz “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə Qarabağ haqqında slayd təqdim ediblər. Eyni zamanda milli geyimlə birliktə Qafqaz rəqslərini ifa edən tələbələr çox müsbət rəylər alıblar.
Şərhlər