İranın 11 generalı öldürüldü
10.05.2016 18:54 Sosreaksiya 1211

Suriyada öldürülən İran generallarının sayı 11-ə çatıb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran Suriyada ilk generallarını keçən ilin sonlarında itirib.
Belə ki, general Hüseyn Həmədani Hələbdə, Hacı Hamid Muhtarbend və Ferşad Hasunizadə adlı SEPAH generalı Hamada öldürülüb.
Bundan başqa Muhsin Kacariyan, Hasan Ali Şemsabadi, Hasan Şateri, Məhəmməd Semalizade, Abdullah İskenderi, Cabbar Derisavi və Ali Allahdadi adlı generallar da Suriyanın müxtəlif şəhərlərində öldürülüb.
Qeyd olunub ki, İran 2012-ci ildən bu günə qədər Suriyada 1200 hərbi qulluqçusunu itirib.
Şərhlər