Xaçmazda ağac əkmə kampaniyası

10.05.2016 19:08     Sosreaksiya     837

Bu gün 1 hektar sahədə 700 ədəd ağac əkiləcək.

Xaçmazda ağacəkmə kampaniyası keçirilib. ANS-in məlumatına görə, ümumilli lider Heydər Əliyevin doğum günündə şimal ekoloq və meşəçiləri onun xatirəsinə torpağı dirçəldib yaşıllığı artırmaqla anıblar. "Hər ağac kəsiləndə elə bil mənim qolumu kəsirlər" deyən Heydər Əliyevin ruhuna ehtiram olaraq Samur-Yalama milli parkının 5 saylı ekologiya və təbii sərvətlər idarəsinin və Yalama meşə mühafizəsi, bərpası müəssisəsinin əməkdaşları bir araya gələrək yaşıllıq aksiyası keçirib.

Samur-Yalama milli parkının direktoru Budaq Əliyevin sözlərinə görə, bu gün 1 hektar sahədə Eldar şamı, sərv və digər cinslərdən ibarət 700 ədəd ağac əkiləcək. 

Bakı-Quba-Rusiya sərhədi yolunun sağında yerləşən yamacda Eldar şamı, göyrüş, sərv ağacları əkilib. Aksiyaya 50-dən artıq meşə işçisi və sakin qoşulub.

Budaq Əliyev - Samur-Yalama milli parkının direktoru
Budaq Əliyev - Samur-Yalama milli parkının direktoru

 

Şərhlər

Çox oxunanlar