"Anamın evində yaşayıram, maşını da sürürəm"
12.05.2016 18:33 Sosreaksiya 1093

Anamın qızılları banka təhvil verilib. Vərəsə təyin olunana qədər bankda saxlanılacaq. Vərəsə kim olsa, qızıllar ona veriləcək.
Reaksiya.info bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın oğluOrxan Nadirov səsləndirib:
"Ev və maşın isə özümdədir. Bunu həmin binanın komendantı, qonşular da təsdiqləyə bilərlər. Bilirsiniz, dünya malıdır, bu gün var, sabah yoxdur".
Xatırladaq ki, İlhamə Quliyeva fevralın 25-də vəfat edib.
Şərhlər