39 dərəcə isti olacaq - SABAH

09.07.2015 12:52     Sosreaksiya     1655

İyulun 10-da Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz  31-36 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək,  mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu Aran rayonlarında gecə 22-27, gündüz 34-39 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Şərhlər

Çox oxunanlar