Afşində Qarabağ parkı açıldı - FOTOLAR

13.05.2016 16:11     Sosreaksiya     905

Türkiyənin Afşin bölgəsində yüzlərlə insanın iştirakı ilə keçirilən Qarabağ parkı açılışı mərasimində çıxış edən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven bildirib ki, bir neçə ay əvvəl onların dəvəti ilə bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva Afşində Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirəcəklərindən çox məmundur. Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı Mehmet Fatih Güven bildirib ki, Qarabağ ağrısı bütün Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik. Qarabağ parkında Azərbycanın işğal altında olan ayrı-ayrı bölgələrini özündə əks etdirən abidə və lövhələrin olması, parkın mərkəzində Azərbaycan bayrağı abidəsinin  əks olunduğunu və parkda hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı inşallan qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik deyib. Parkın açılışında çıxış edən millət vəkili Q.Paşayeva Afşin bələdiyyə başqanı və əməyi keçən hər kəsə bu təşəkkür edib. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anırıq deyib. Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib: "Azərbaycanın ordusunun da, xalqının da səbri daşmış və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır". Millət vəkili Q.Paşayeva  qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizədə şəhid olmuş insanlara da Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara,işğalçılara  layiq olduqları cavabı verəcəyik,  qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva  mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Afşin adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri  o gözəl torpaqımızda da keçirəcəyik deyib.  Sonra Qarabağ parkının açılışı olub və Qarabağ abidəsinin lenti kəsilib. Parkda Azərbaycanın işğal altında olan bölgələri ilə bağlı qoyulmuş abidələr önündə millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına və KİV nümayəndələrinə onlarla bağlı geniş məlumatlar verib və sualları cavablandırıb. Qarabağ parkının açılışı mərasimi bölgədə bəzi televiziyalar tərəfindən canlı olaraq yayımlanıb. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

Şərhlər

Çox oxunanlar