7-ci sinif şagirdi özünü öldürdü

17.05.2016 16:46     Sosreaksiya     1293

Meyit müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Xaçmaz rayonunda gün ərzində iki intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, ilk hadisə Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Səfi Müseyib oğlu Səfiyev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntihara ilkin səbəb kimi, 78 yaşlı kişinin uzun müddətdir ki, xəstə olması və ağrılara dözə bilmədiyi göstərilir.

Xaçmaz rayonunda ikinci intihar faktı isə Hacılar kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Südabə Dilavar qızı Əliyeva özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Kənd məktəbinin 7-ci sinif şagirdi olan Südabə Əliyevanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Hər iki meyit Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morqunda müayinə olunduqdan sonra ailələrinə təhvil verilib.

Hazırda ahıl kişi və 13 yaşlı yeniyetmənin intiharının dəqiq səbəbləri araşdırılır. Hər iki faktla bağla Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Təxminən bir ay əvvəl də Qubada 15 yaşlı məktəbli intihar edib. Barlı kənd sakini, 2001-ci il təvəllüdlü Güldanə Vaqif qızı Tağıyeva özünü kanala atıb. Verilən məlumata görə, Güldanə özünü kəndlərinin yaxınlığından keçən Samur-Abşeron kanalına atıb. 

 

Şərhlər

Çox oxunanlar