Mehriban Əliyevadan 10 min nəfərlik əfv - Müraciəti
17.05.2016 16:51 Sosreaksiya 1363

Millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 28 May - Respublika günü münasibəti ilə "Amnistiya aktı" haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisin plenar iclasında 1-ci vitse-spiker Ziyafət Əsgərova bildirib.
Z.Əsgərov deyib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.
Şərhlər