“Təhsil bizim bu günümüz, sabahımız varlığımızdır” mövzusunda seminar keçirilib - FOTOLAR

18.05.2016 17:34     Sosreaksiya     1729

“Maarifçi Qadınlar” İctimai Birliyi, onun çox saylı ziyalılardan ibarət üzvləri  təhsili  millətin varlığı - bu günü sabahı hesab edərək hər bir uşağın təhsilə cəlb olunması - bircə nəfər də olsun məktəb yaşlı uşağın təhsildən kənarda qalmaması üçün böyük səy göstərir.

Üç ildir ardıcıl olaraq bu istiqamət üzrə təşkilat  Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrand layihələrinin qalibi olur.

17 may 2016-cı ildə saat 11:00 da Cəlilabad şəhər 2 saylı tam orta məktəbdə “Təhsil millətin varlığı - bu günü, sabahıdır” mövzusunda tədbir keçirilir. Tədbirdə “Maarifçi Qadınlar” İctimai Birliyinin sədri, layihə rəhbəri Şərqiyyə Məmmədova Cəlilabad rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Dürdanə Əliyeva birliyin təlimçisi Məhluqə Əzizova, təhsil eksperti Rəfiqə Əsgərova, rayonun məktəb direktorları, təhsil işçiləri, valideynlər, 11-ci sinif şagirdləri iştirak edirlər.                   

Tədbiri Cəlilabad rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Dürdanə Əliyeva açaraq sözügedən məsələ ilə bağlı mövcud problemlərdən və görülən işlərdən danışıb.

“Maarifçi Qadınlar” İctimai Birliyinin sədri, Şərqiyyə Məmmədova mövzu ilə bağlı çıxış edərək Dövlətin təhsilə göstərdiyi qayğıdan, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi hesabına bir nəfər də olsun məktəblinin, məktəb yaşlı uşağın təhsildən kənarda qalmaması üçün görülən tədbirlərdən, bu sahədə QHT-lərə  yaradılan şəraitdən, təhsillə bağlı dövlət proqramlarının yerinə yetirilməsində “Maarifçi Qadınlar” İctimai Birliyinin fəaliyyətindən danışıb.

Tədbirdə Cəlilabad şəhər 2 saylı məktəbin direktoru­­­­­­­­­­ Füzuli Əliyev, Cəlilabad şəhər 2 saylı tam orta məktəbin müəllimi Ağa Məmmədov  bu tədbirin çox önəmli olduğunu qeyd etdilər, bu sahədə problemlərin hələ də qaldığına təəsufləndiklərini­ bildirdilər. Belə Maarifləndirici tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğuladılar.

Həmin məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Süleymanova söz alaraq bildirdi ki, illərlə müəyyən regionlarda, kəndlərdə kök salmış bu bəlaların aradan qaldırılması ancaq maarifləndirmə yoludur. Bu sahədə qanunlar da sərtləşdirilməlidir. Vətəndaş cəmiyyətləri ilə yerli dövlət orqanları bu sahədə birlikdə çalışsalar yüksək nəticələr əldə etmək mümkündür. Biz çox şad olduq ki, Maarifçi Qadınlar” İctimai Birliyinin üzvləri hörmətli pedaqoqlar bizimlə bu sahədə əlbir olaraq qızlarlmızı bütpvlükdə təhsilə cəlb etmək məsədilə bizim rayonumuza gəliblər. İnanıram ki, əlbir işimizlə yüksək nəticələr əldə edəcəyik.

Layihə çərçivəsində 2-ci tədbir 17 may 2016-cı ildə saat 14:00 da Cəlilabad rayonunun Alar kənd 1 saylı tam orta məktəbində keçirildi. Məktəbin direktoru Saməddin Məmmədov dövlətin təhsilə göstərdiyi qayğıdan danışdı, Alar kənd 1 saylı orta məktəbində ucqar dağ kəndlərindən fərqli olaraq təhsildən yayınmanın çox cüzi olduğunu qeyd etdi.

Sonra Alar kənd 2 saylı tam orta məktəbin direktoru Lətif Süleymanov çıxış edərək məsələnin çox ühüm olduğunu qeyd etdi. O öz çıxışında bildirdi ki, bizim məktəbimizdə də bu hallar mövcuddur. Valideylərlə bu yöndə maarifləndirici tədbirlər keçirməyə böyük ehtiyac var. Biz özümüz də bu məsələyə çox ciddi yanaşırıq. Sizin təşkilat da bizə dəstək olsa, gücümüz birləşsə yaxşı nəticələr əldə edər şagirdləri təhsilə tam şəkildə cəlb edə bilərik.

Söz Alar kənd 2 saylı tam orta məktəbin direktoru Ramil Qarayevə verilir. O öz çıxışında  gələn qonaqlara, QHT rəhbərliyinə çox vacib və önəmli məsələyə toxunduqları üçün təşəkkür etdi və təhsildən kənarda qalan qızların, oğlanların təhsilə cəlb edilməsi üçün, dərsdən yayınmaların qarşısının alınması üçün hər bir təşkilatın, hər bir vətəndaşın səy göstərməli olduğunu vurğuladı.

Yuxarı sinif şagirdlərindən Zəhra Əliyeva, Rüqayyə Əsgərova söz alaraq bu önəmli işə qoşulacaqlarına böyüklərlə, valideynlərlə birlikdə təhsildən kənarda qalan hər bir məktəbyaşlı uşağa, öz dostlarına maarifləndirici təsir göstərəcəklərinə söz verirlər.

"Maarifçi Qadınlar” İctimai Birliyi idarə heyətinin üzvi, təlimçi Məhluqə Əzizova öncədən payladığı vərəqlərdə bütün tədbir iştirakçılarının təkliflərini alaraq, təşkilatın yığıncağında nəzərdən keçirməyi, məsələnin həlli yollarını tapmaq, daha səmərəli addımların atılmsı yollarnı aramağı planlaşdırdılar.  

Tədbir iştirakçıları, eksprtlər, məktəb direktorları, “Maarifçi Qarınlar” İctimai Birliyinin rəhbərliyi yekun nəticəyə gələrək bu yöndə tədbirləri davam etdirmək üçün mütamadi əlaqə saxlamağı qərara aldılar.

Şərhlər

Çox oxunanlar