İctimai birlik gəncləri maarifləndirəcək

19.05.2016 15:04     Sosreaksiya     755

“Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyni adlı sosial çarxın çəkilməsi  layihəsi çərçivəsində  aşağıdakı fəaliyyətlərin icrasına başlayıb. Reaksiya xəbər verir ki, labirintdən çıxış, insan alverinin qarşısını birgə alaq adlı 400 ədəd bukletin çapı, bundan başqa, labirintdən çıxış  - uşaqların məcburi əməyə cəlb edilməsinə dair sosial çarxın çəkilişinə başlanıb.

Təşkilat çap edilmiş bukletlər- insan alveri  və potensial qurbanlar üçün kiçik sahibkarlığa dair seminarda, DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə o cümldən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim ediləcək. Bukletdə, gənclərin sosial şəbəkələr, saytlarda aldadıcı elan və təkliflərə aldanmamısı üçün maarifləndirici biliklər verilib.

Sosial çarxlar hazır olduqdan sonra "Youtube"da  və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulur.

 

Şərhlər

Çox oxunanlar