Rufiz Qonaqov: “Amnistiya Aktı minlərlə ailəni sevindirəcək”

20.05.2016 17:38     Sosreaksiya     1063

"28 May Respublika Günü münasibəti ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qanunvericilik təşəbbüsü ilə çıxış edərək Amnistiya haqqında qərar layihəsini Milli Məclisə təqdim etməsi təkcə hümanizm yolunda atılmış müsbət addım deyil, bu həm də Azərbaycan tarixinə olan münasibətin göstəricisidir. Heydər Əliyev Fondunun yarandığı vaxtdan bu istiqamətlərdə mühüm addımlar atıb. Fond xalqın inam, etibarını qazanıb. Bu, insanların Mehriban Əliyevaya ünvanladıqları çoxsaylı müraciətlərdən görünür". Bunu Teleqraf.com-a Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov 28 May Respublika Günü münasibəti ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Amnistiya layihəsi təşəbbüsünə münasibət bildirərkən qeyd edib. R.Qonaqov bildirib ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət daşıyır: "Mehriban xanım Əliyevavnın amnistiya elan olunması ilə bağlı müraciətləri həm Milli Məclis, həm siyasi partiyalar, vətəndaş cəmiyyəti, ümumiyyətlə xalq tərəfindən birmənalı şəkildə müsbət qarşılanır. Bu, Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır. Bu dəfə amnistiya daha geniş təbəqəni əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilmiş, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Hazırda isə Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir. Ümumilikdə, bu günə qədər Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktları əsasında 40 min nəfərdən çox şəxs azadlığa qovuşub, cəzaları aradan qaldırılıb". R.Qonaqova görə, qanun və humanizm dövlətin əsas meyarlarındandır ki, bu gün Azərbaycanda hər iki dəyərə əməl olunur: "Azadlıqdan məhrum edilmiş insanlara mərhəmət göstərilməsi dövlətin hümanistliyinin nümunəsidir. Ölkə başçısının artıq ənənəyə çevrilmiş əfv sərəncamları insan haqlarına verilən yüksək qiymətdir. Ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya təşəbbüsləri isə bütün bu fəaliyyətin fövqündə dayanır. Çünki, məhz bucür amnistiya aktları daha çox insanı əhatə edir ki, bu da daha çox ailələrə sevinc hissi bəxş edir.”

Şərhlər

Çox oxunanlar