Kondisionerlərin mühərriklərini oğurlayan şəxslər tutuldu

23.05.2016 17:34     Sosreaksiya     985

Abşeron rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Musavat.com xəbər verir ki, oğurluq hadisəsi rayonun Qobu qəsəbəsi ərazisindəki mağazalardan birində baş verib. Dükana quraşdırılmış kondisionerlərin mühərrikini oğurlayan dəstə üzvlərini Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları çox keçmədən müəyyənləşdirə biliblər. Saxlanılaraq istintaqa təhvil verilən Qubadlı rayon sakini, 31 yaşlı Ramin  Şirinov, Sumqayıt şəhər sakini 31 yaşlı Ruzigar  Quliyev və Rauf  Hüseynov ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Dəstə üzvləri  oğurluğu gecə   saatlarında həyata keçiriblər. 
 
Saxlanılan Rauf Hüseynov cinayətdə sürücü kimi iştirak etdiyini bildirib. Digər saxlanılan Ruzigar Quliyev isə oğurluğu pula ehtiyacı olduğu üçün törətdiyini deyib.
 
Qeyd edək ki, Ruzigar Quliyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2 dəfə məhkum olunub. 
 
Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
 
 


 

Şərhlər

Çox oxunanlar