"Bəzən nəyinsə xətrinə nəyisə qurban verməli oluruq"
25.05.2016 18:37 Sosreaksiya 940
"Sovetski"də söküləcək tarixi abidələrin siyahısı yenə artacaq.
"Sovetski"də söküləcək tarixi binaların siyahısı ilin sonunadək genişlənəcək. Bunu ANS PRESS-ə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
Onun sözlərinə görə, adıçəkilən ərazidə təxminən 171 tarixi abidə var ki, bunun 76-sı ötən ildən, 21-i isə bu ilin mayından Nazirlər Kabinetinin və nazirliyin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından sökülməsi qərarı verilib.
"Hələ də tarixi abidələrin dəqiq sayını deməkdə çətinlik çəkirəm. Bununla bağlı hər gün danışıqlar gedir. Çalışırıq ki, bu say heç 170-ə çatmasın. Amma nə etməli ki, bəzən nəyinsə xətrinə nəyisə qurban verməli oluruq", - deyə qurum rəsmisi bildirib.
Zakir Sultanov "Sovetski"də yerləşən və söküntüsünə qərar verilən tarixi abidələrin hazırda öz tarixilik əhəmiyyətini itirdiyini deyib: "Azərbaycan qədim şəhərdir. Amma təəssüflər olsun ki, 70 il Sovet əsarəti altında qalanda ruslar ya bilərəkdənmi, ya da bilməyərəkdən ölkəmizdə olan bir çox tarixi abidələri istismar edib, yararsız vəziyyətə salıblar. İndi sökdüklərimiz də məhz onlardır".
Həmsöhbətim sökülən tarixi binaların, ümumiyyətlə, adıçəkilən ərazidə yerləşən yaşayış evlərinin sökülərək yerində yolun çəkiləcəyini deyib. O, tez-tez bu məsələlərlə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, "Azəravtoyol" ASC-nin nümayəndələri ilə görüşdüyünü və müzakirələrin aparıldığını vurğulayıb. "Bu gün paytaxtımız üçün əsas problemlərdən biri yollarla bağlıdır. "Sovetski"də çəkiləcək yol hardasa paytaxtımızda tıxacların aradan qaldırılmasına səbəb ola bilər".
Ötən il iyulun 23-də Nazirlər Kabinetinin qərarı ilə 76 tarixi və mədəniyyət abidəsi, bu ilin mayında isə 21 tarixi ev və 2 mədəniyyət abidəsinin sökülməsi haqqında qərar qəbul olunub.
Sökülməsi nəzərdə tutulan abidələr bunlardır:
Ümumiyyətlə, Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi tədbirləri 2014-cü ildən başlayaraq davam etdirilir.
Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir.
Salınacaq yeni yolların və kommunikasiya xətlərinin layihəsi təsdiq olunub. Artıq bu istiqamətdə ötən ildən işlərə başlanılıb. Yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrosunun yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq, Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq.
Şərhlər