30 manat oğurladılar, 17 İL 6 AY həbs cəzası aldılar

09.07.2015 16:22     Sosreaksiya     1642

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmünə əsasən N. Məmmədov 6 il 6 ay, Rövşən İsayev 6 il, Vüsal Məhzəyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edə ki ,Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata əsasən, keçən il  noyabrın 16-da paytaxtın Nizami rayonu H.Əliyev prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya zor tətbiq edərək içərisində 30 manatı və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıb hadisə yerini tərk edib.


Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulub.

Şərhlər

Çox oxunanlar