WhatsApp-da bu elana İNANMAYIN - FOTOLAR
25.05.2016 19:19 Sosreaksiya 1674
Dünyanın ən populyar mobil messenceri olan WhatsApp-da yeni virus yayılır. "WhatsApp Gold" tarifinə keçid elanı olan bu mətn messencerin istifadəçilərinə göndərilir.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, bu elan virus olduğundan, orada göstərilmiş linkə klikləyən istifadəçi mobil telefonundakı konfidensial, fərdi məlumatların istisnasız olaraq hamısından hakerlərin yararlanmasına şərait yaradır. Çünki klikləmədən sonra smartfona dərhal virus proqram yüklənir.
"WhatsApp Gold" tarifi yoxdur və onun istifadəyə verilməsi nəzərdə tutulmayıb. Bu səbəbdən də smartfonunuza belə elan gələrsə, oradakı linkə əsla klikləməyin.
Elanı silin.
Şərhlər