Maştağa sakinindən 3 kilo marixuana tapıldı

26.05.2016 19:06     Sosreaksiya     1074

Maştağa qəsəbə sakinindən ümumilikdə 3,521 kq marixuana aşkar edilərək götürülüb.

 

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Canbaxış Babayevdən 5,60 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 515 qram marixuana aşkar edilərək götürülüb.

Şərhlər

Çox oxunanlar