"İrəvan - 2018" ümumxalq qayıdış hərəkatıdır" - Zaur Qəriboğlu

26.05.2016 19:10     Sosreaksiya     1293

“İrəvan – 2018” Hərəkatı yeni yaranmasına baxmayaraq, artıq ölkədə əzəli və əbədi Azərbaycan torpağı olan İrəvan şəhərinin Ermənistan paytaxtı kimi tanınmasının 100 illiyinin qeyd edilməsi  məsələsi cəmiyyətdə aktuallaşmağa başlayıb. Belə ki, artıq sosial şəbəkələrdə istifadəçilər bu hadisə ilə bağlı #iravan2018 haştağı ilə öz fikirlərini bildirir, bu hadisələrlə bağlı ciddi şəkildə müzakirələr və diskusiyalar aparırlar. “İrəvan - 2018” Hərəkatı bildirir ki, cəmiyyətdə mövzuyla bağlı yaranan bu aktivlikdən məmnundur. "Karabakh Today" - in xəbərinə görə, hərəkatın təsisçisi, “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu”nun sədri Zaur Qəriboğlu bu yöndə fəaliyyət göstərən bütün təşkilatların fəaliyyətlərini dəstəklədiklərini bildirib: ““İrəvan - 2018” Hərəkatı kiminsə adı ilə bağlı deyil. Bu ümumxalq qayıdış hərəkatıdır. Bu yöndə fəaliyyət göstərən bütün təşkilat və qurumları “İrəvan - 2018” adı altında birləşməyə dəvət edirik”.

Xatırladaq ki, indiyədək hərəkata ölkənin tanınmış ziyalıları, o cümlədən "Qarabağ Azadlıq Təşkilatı", "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi" kimi təşkilatlar da qoşulub. Əlavə hərəkata qoşulmaq istəyənlər [email protected]e-mail ünvanına yazaraq, qoşula bilərlər.

Şərhlər

Çox oxunanlar